Gence Kukla

Bremen musiqiçiləri

Bremen musiqiçiləri

  • (Üş şəkilli  tamaşa)
  • Yaş həddi: 7+
  • Müəllif: Qrimm Qardaşları
  • Janr: Nağıl-tamaşa
  • Dil: Azərbaycan
  • Tamaşanın müddəti: 40 dəqiqə
  • Quruluşçu rejissor: Xudayət Əsgərov  (Əməkdar artist )
  • Quruluşçu rəssam: Əntiqə Bədirova (Fəxri Mədəniyyət İşçisi )
  • Musiqi tərtibatı: Şamil Məmmədli
  • Rolların ifaçısı:  Səməd Xanəhmədov (Fəxri Mədəniyyət İşçisi ),  Elmar Vəliyev (Fəxri Mədəniyyət İşçisi ),Nahidə Namazova (Fəxri Mədəniyyət İşçisi ), Nərmin Şərifova  , Şamil Məmmədli, Yeganə Məmmədova

Nağılın əsas personajları — eşşək, it, pişik və xoruz Bremen şəhərinə yola düşür.Bir günə Bremenə çata bilmədikləri üçün gecəni meşədə gecələməyə qərar verirlər. Eşşək və köpək böyük bir ağacın altında yatır, pişik ağacın budağında oturur , xoruz ağacın ən yuxarısına uçur təhlükəsiz yerdə oturur…

Meşədəki quldurların daxmasını ələ keçirirlər. Onlar daxmada hər biri özünə xas hərəkət edirlər və yataqlarına gedirlər. Eşşək, bir yığın zibilin yanında, it qapının arxasında, pişik ocağın üstündə, xoruz isə quldur daxmasının damında oturur.

Tamaşanın olduqca maraqlı rejissor yozumu var.Şən musiqilərlə zəngin olan tamaşa hər bir kəsin xoşuna gələcək.

Tamaşanın premyerası iyun ayı üçün nəzərdə tutulub.