Rolların ifaçısı: Xudayət Əsgərov (əməkdar artist),Elmar Vəliyev (Fəxri Mədəniyyət İşçisi ),Nahidə Namazova (Fəxri Mədəniyyət İşçisi ), Səməd Xanəhmədov (Fəxri Mədəniyyət İşçisi ) Nərmin Şərifova Yeganə Məmmədova
«Cığal Sərçə” və ya “Cik-Cik xanım” Əli Səmədlinin xalq nağılı əsasında yazdığı maraqlı səhnə əsərlərindən biridir.Rejissor tamaşada canlı aktyor oyonu və kuklaların sintezini yaratmışdır.Tamaşa balaca bir sərçənin yalan danışması və cığallığı üzərində qurulub. Hər şeyə tez və asan nail olan sərçə başa düşür ki, zəhmətsiz heç nə əldə etmək olmaz. Cığal sərçə sonda bir daha belə hərəkətlər etməyəcəyinə, yalan danışıb insanları incitməyəcəyinə söz verir.Əmin olur ki “Artıq tamah baş yarar.”
Tamaşanın premyerası 15 oktyabr 2016-cı ildə olmuşdur.