Quruluşçu rejissor: Fərmail Paşayev (Əməkdar artist )
Quruluşçu rəssam: Əntiqə Bədirova (Fəxri Mədəniyyət İşçisi )
Musiqi tərtibatı: Zahid Hacıyev
Rolların ifaçısı: Xudayət Əsgərov (əməkdar artist),Elmar Vəliyev (Fəxri Mədəniyyət İşçisi ),Nahidə Namazova (Fəxri Mədəniyyət İşçisi ), Nərmin Şərifova
Çöldə, bayırda otlayıb hər gün balalarına ot, süd və su gətirən ana keçi əsas motivdir. O, balalarını şirin və oynaq dillə çağırar və gətirdiklərini onlara verərək, yenidən otlağa gedər. Bunu görən qurd keçini necə təqlid etməyi öyrənir və balaları bununla aldadır. Qurdu anası zənn edən çəpişlər qapını açır və onlardan ikisi – Şəngülümlə, Şüngülüm qurdun qurbanı olur. Qorxusundan gizlənən Məngülüm isə baş verənləri sonradan evə dönən ana keçiyə danışır. Buynuzlarını dəmirçiyə itilədən keçi qurdun qarnını yırtaraq balalarını xilas edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın premyerası 15 iyun 2009-cu ildə olmuşdur