Fərmail Sabir oğlu Paşayev – 1966-cı ildə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsini bitirib.
1987-1991-ci illərdə Texniki Universitetin “Ülvi” rəqs kollektivinin rəhbəri olub.
1991-1998-ci illərdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Göy göl” mahnı və rəqs ansamblında artist-rəqqas kimi çalışıb.
1998-ci ildə Gəncə Dövlət Kukla Teatrında aktyor vəzifəsinə təyin olunub.
1999-cu ildə C.Məmmədquluzadənin “Poçt qutusu” eyni adlı hekayəsinə verdiyi quruluşdan sonra quruluşçu rejissor kimi fəaliyyət göstərib.
2000-ci ildə Gəncə Dövlət Kukla teatrına baş rejissor təyin olunub.
Peşəkar səhnədə xeyli sayda tamaşaya quruluş verib.Ə.Səmədlinin “Artıq tamah baş yarar”,”Cırtdan”,R.Həsənlinin “Ağca və Sarıca”,M.Seyidzadənin “Büllur qəsr”,R,Əlizadənin “Keçəlin toyu”,”Hamam,hamam içində”,F,Tarverdiyevin “Oğul Noğul”,Xalq nağılı “Şəngülüm,Şüngülüm, Məngülüm”, “Göyçək Fatma”, A.Əlizadə “Toya gecikən tülkü”, H.X.Andersenin “Qar Kraliça”,B.Zvinin “Taxta Kral”, A.S.Ekzüperinin “Balaca Şahzadə”,N.Gəncəvinin “Xeyir və Şər”, A.S.Puşkinin “Qızıl balıq”, M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah”, “Xırs quldurbasan”, C.Rodarinni “Çippolino”, S.İbrahimlinin “Səlim və Sehirbaz” və s. bu kimi tamaşalardandır.
Bir çox Beynəlxalq festivalların iştirakçısı olub:
2010-cu ildən UNİMA-Azərbaycanın üzvüdür. 2013-cü ildə Dövlət sifarişi yolu ilə Qax Dövlət Kukla teatrında R.Həsənlinin “Ağca və Sarıca” əsərinə quruluş verib. Türkel Tv-də yayımlanan “Günçiçək” kukla teleserialının ssenari müəllifi və quruluşçu rejissoru olub.Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 mart tarixli 316 nömrəli Sərəncamı ilə “Əməkdar artist” fəxri adına,2017-ci ildə isə Prezident mükafatına layiq görülüb.
2018-ci ilin mart ayından Gəncə Dövlət Kukla teatrına direktor təyin olunub.