Gence Kukla

Elmar Vəliyev Balaca oğlu

Fəxri Mədəniyyət işçisi

Elmar Balaca oğlu Vəliyev 18 may 1974-cü ildə Gəncə şəhərində  anadan olub.1991-ci ildən Gəncə Dövlət Kukla teatrında aktyor kimi fəaliyətə başlayıb. Kukla teatrının səhnəsində bir çox  tamaşalarda baş rolları ifa edib.Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”-da Vəzir,”Artıq tamah baş yarar”-da  Xoruz, Dəyirmançı, Təlxək, “Meşə çaqqalsız olmaz”-da ayı, N.Gəncəvinin “Xeyir və  Şər”-də Kürd, Ə.Orucun “Zınqırovlu pişik”-də Uzunquyruq siçan,A.Linqrendin “Uşaq və Karlıson”-da Uşaq ,R.Səməndərin “Çətin məsələ”-də Ayı, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Təyyarəçi , C.Rodarinin “Çippolino”-da Sinyor Pomidor,S.İbrahimlinin “Səlim və Sehirbaz”-da Məktəbli,R.Əlizadənin “Keçəlin toyu”-da Keçəl-Kosa,K.Kollodinin “Pinokkionun sərgüzəştləri”-də Pinokkio və s. bu kimi yadda qalan obrazlar yaratmışdır. 

Elmar Balaca oğlu Vəliyev  bir şox bədii və sənədli filmlərdə də çəkilmişdir.”Xudadad bəy”sənədli filmində  Xudadad bəy, “Teatral həyat”bədii filmində üçüncü aktyor,ARB Tv-də yayımlanan “Günçiçək” kukla teleserialında Qarışqa rollarını məharətlə ifa edib. Bir çox Beynəlxalq  kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir.   Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.  2013-cü ildən Fəxri Mədəniyyət işçisidir .