Gence Kukla

Məmmədli Şamil Kamil oğlu

Əməkdar artist

Şamil Kamil oğlu Məmmədli 01.08.1994-cü ildə Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsində anadan olub.2016-cı ildə  Mədəniyyət və İncəsənət Universitetinin  “Dram və kino” aktyorluğu fakültəsini bitirib.2017-ci ildən Gəncə Dövlət Kukla teatrında aktyor kimi fəaliyətə başlayıb. Kukla teatrının səhnəsində bir çox tamaşalarda yaddaqalan rollar ifa edib.Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”-da Dələ,H.X.Andersenin “Düyməcik”-də Nağılçı,”Buz saray”-da Şıltaq və sir kimi obrazlar yaradıb.2019-cu ildən 2022 ci ilədək quruluşçu rejissor kimi fəaliyyət göstərmiş  2022 — ci ildən isə Gəncə Dövlət Kukla teatrına baş rejissor təyin edilib .Z.Əliyevanın ssenarisi əsasında hazırladığı “Şaxta babanın ad günü”, Ş.Məmmədli və Z.Əliyevanın  “31-ci otaq”, Ş.Məmmədlinin “Buz saray” , Ə.Orucun “Zınqırovlu pişik”,H.X.Andersenin “Düyməcik”,X.Əlibəylinin “Gözəllər gözəli” Rəsul Rzanın «Ana qaz «quruluş verdiyi  yaddaqalan və maraqlı tamaşalardandır.

Şamil Məmmədli Bir çox Beynəlxalq  kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. “3-cü Şəki beynəlxalq teatr festivalı” çərçivəsində “Sərhədsiz teatr festivalı”,”1-ci Lənkəran Beynəlxalq teatr festivalı”,”1- ci Yaylaq festivalı”,”7-ci Teatro köyü festivalı”- Amasiya,Türkiyə buna canlı misaldı.

2020 ci il  27 sentyabr Vətən müharibəsi başlayan zaman Şamil Məmmədli könüllü olaraq döyüşlərə qatılmış və Tərtər, Ağdərə, Talış, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncanına əsasən «Suqovuşanın azad olunması» medalı ilə təltif edilmişdir.

Daha sonra Azərbaycan Respublikasının Prezidentinin incəsənət xadimlərinə mükafat verilməsi haqqında 10 may 2022 ci il tarixli sərəncamına əsasən Prezident Mükafatı ilə təltif edilmişdir.