Gence Kukla

Səməd Xanəhmədov Budaq oğlu

Fəxri Mədəniyyət İşçisi

Səməd Budaq oğlu Xanəhmədov 1968-cı il fevralın 02-də Daşkəsən şəhərində anadan olub.1995-ci ildən Gəncə Dövlət  Kukla teatrında aktyor kimi fəaliyətə başlayıb. Kukla teatrının səhnəsində bir  çox  tamaşalarda baş rolları ifa edib.Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”-da Cəllad,”Artıq tamah baş yarar”- da Vəzir, “Meşə çaqqalsız olmaz”- da ayı, N.Gəncəvinin “Xeyir və Şər”-də Kürd, Ə.Orucun “Zınqırovlu pişik”-də Pişik,A.Linqrendin “Uşaq və Karlıson”-da Karlıson ,R.Səməndərin “Çətin məsələ”-də Çoban, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də kölgə , C.Rodarinin “Çippolino”-da Baş Limon,S.İbrahimlinin “Səlim və Sehirbaz”-da Polis,H.X.Andersenin “Düyməcik”-də Köstəbək,Günəş,nağılçı, və s. bu kimi yadda qalan obrazlar yaratmışdır. 

 Xanəhmədov Səməd bir şox bədii və sənədli filmlərdə də çəkilmişdir.”Xudadad bəy”sənədli filmində komissar, “Teatral həyat”bədii filmində birinci aktyor,ARB Tv-də yayımlanan “Günçiçək” kukla teleserialında Tısbağa rollarını məharətlə ifa edib. Bir çox Beynəlxalq  kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir.   Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2014-cü ildən Fəxri Mədəniyyət işçisidir.