Taleh Teyyub oğlu Ələkbərov 15 aprel 1988-ci ildə Gəncə şəhərində anadan olub.2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.2014-cü ildən Gəncə Dövlət Kukla teatrında işıq rəssamı kimi fəaliyətə başlayıb. Teatrının səhnəsində bir çox tamaşalarda işıq effektlərinin uğurlu alınmasında fəal iştirak edib. R.Əlizadənin “Dəli Domrul”, C.Yusifzadənin “Ağ dana ağsaq dana”, Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, Ə.Orucun “Zınqırovlu pişik”, A.Linqrendin “Uşaq və Karlson”,K.Kollodinin “Pinokyonun sərgüzəştləri”,K.Ağaqızının “Tənbəl Əhməd”, H.K.Andersenin “Düyməcik”və s. bu kimi yadda qalan tamaşalarda işıqlardan maraqlı rənglər dünyası yaratmışdır. Bir çox Beynəlxalq kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. «3-cü Şəki Beynəlxalq Teatr Festivalı» çərçivəsində “Sərhədsiz Teatr Festivalı” Şəki 2017-ci il, “ 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalı ” 2019-cu il Lənkəran, “7-ci Teatr Köyü» 2019-cu il Amasiya Türkiyə bu kimi festivallardandır.