Gence Kukla

Cümşüdlü Saleh Aqil oğlu

Aktyor

Cümşüdlü Saleh Aqil oğlu 21 noyabr 1998-ci ildə Gəncə şəhər  Kəpəz rayon Hacıkənd qəsəbəsində anadan olub. 2016-cı ildə Gəncə şəhər N,A.Nekrasov adına 19 saylı tam orta məktəbi bitirib. 2020-cİ ildə Mədəniyyət və İncəsənət Universitetinin  “Dram və kino” aktyorluğu fakültəsini bitirib. 2024-cü ildə Türkiyə Cümhuriyyəti Gümüşhanə Dövlət Universitetinin Radio Televiziya və film rejissorluğu  ixtisasının magistr pilləsini bitirib . 2024-cü ildən Gəncə Dövlət Kukla teatrında aktyor kimi fəaliyyətə   başlayıb. Kukla teatrının səhnəsində bir çox   tamaşalarda yaddaqalan rollar ifa  edib. Z.Əliyevanın “Novruzun Baharı”, A.Əlizadənin “Balqabağın ay yuxusu”, O.Abdullayevin “Xoruzun hikkəsi”  Alman xalq nağılı “Üç donuz balası”və s. bu kimi tamaşalardandı. Lıənkəranda, Salyanda, Qazaxda qastrol səfərlərində olub.

 2024-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi 44 günlük Vətən müharibəsində qələbənin 4-cü il dönümünə həsr olunmuş “Zəfərimiz- Şərəfimiz” bədii qiraət müsabiqəsinin qalibi olmuşdur.