Əliyeva Zülfiyyə Məcid qızı 1976-cı il aprelin 18-də Gəncə şəhərində anadan olub. 1983 – 1993 -cü iııərdə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1994 – 2019 — cü illərdə fasilələrlə Gəncə Dövlət Kukla teatrında aktrisa kimi çalışıb. Kukla teatrının səhnəsində bir çox tamaşalarda baş rolları ifa edib. Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”-da Xan, “Meşə çaqqalsız olmaz”-da tülkü, N.Gəncəvinin “Xeyir və Şər”-də Şah qızı, Ə.Orucoğlunun “Zınqırovlu pişik”-də Uzunburun siçan, A.Linqrendin “Uşaq və Karlıson”-da Astrid ,R.Səməndərin “Çətin məsələ”-də Qumral quzu, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Kölgə ,Xalq nağılı“Şəngülüm,Şüngülüm,Məngülüm”-də Məngülüm, A.Əlizadənin “Balqabağın ay yuxusu”-da Anatağ, R.Rzanın “Ana qaz”-da Ana qaz F.Tarverdiyevin “Oğul – Noğul” – da Noğul, R. Həsənlinin “Ağca və Sarısa” – da Sarıca və s. bu kimi yadda qalan obrazlar yaratmışdır. Zülfiyyə Əliyeva teatrda bir çox tamaşalara rejissoir kimi quruluş vermişdir.H.X.Andersenin “Çirkin ördək balası”, R.Kiplinqin “Mauqli”, K.Çukovskinin “Milçək – Vizilçək”, və s. bu kimi tamaşalardandır.
Bir çox Beynəlxalq kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. 5-6-7-ci “ İzmir Beynəlxalq kukla və kölgə oyunları festivalı”-Türkiyə, “10-cu Bursa Qaragöz və kölgə oyunları festivalı”-Türkiyə, “ 6-cı Sehirli pərdə festivalı”- Bolqarıstan, “5-ci İki azdır üç çoxdur kukla tamaşaları festivalı” -Bolqarıstan, “Milli klassiklər kukla teatrlarının səhnəsində festivalı” -İvano-Frankovski Ukrayna, “1-ci Ümumdünya kukla teatrları festivalı”- Kutaisi-Gürcüstan, “Ən yaxşı uşaq tamaşaları festivalı”- Bakı, və sairə bu kimi festivallardandır. 2000-ci ildən Azərbaycan Teatr Xadimləri və YAP-ın üzvüdür.