Gəncə Dövlət Kukla Teatrı 3 Dekabr 2024-cü il tarixində saat: 13:00 da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, teatrların bölgələrə qastrol səfərləri çərçivəsində, Qazax Dövlət Dram Teatrının səhnəsində Ə.Orucoğlunun «Zınqrovlu Pişik» tamaşasını nümayiş etdirib.
Balaca tamaşaçılar tamaşanı böyük maraqla izləyib.Tamaşadan sonra, Qazax Dövlət Dram Teatrının direktoru,Allahverdi Musayev tamaşa haqqında xoş fikirlərini bildirərək gəncəli kuklaçıları uğurlu tamaşaya görə təbrik edib.Daha sonra Gəncə Dövlət Kukla Teatrının direktoru əməkdar artist Fərmail Paşayev və teatrın baş rejissoru Şamil Məmmədli Qazax Dövlət Dram Teatrının kollektivinə göstərdikləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər. Onuda qeyd edək ki tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, dekorator rəssamı Sara Məmmədova kuklaçı rəssamı Təranə Cəfərovadır.Tamaşada əsas rolları Səməd Xanəhmədov , Elmar Vəiyev, Zülfiyyə Əliyeva,Nərmin Şərifova və Məhəmməd Hacıyev ifa edirlər.