Gence Kukla

Cəfərova Təranə Məcid qızı

Təranə Məcid qızı Cəfərova 19 yanvar 1972-ci ildə Gəncə  şəhərində  anadan olub.2017-ci ildən Gəncə Dövlət Kukla teatrında kukla hazırlayan rəssam kimi fəaliyətə başlayıb.  Teatrının səhnəsində bir neçə tamaşaya özünəməxsus maraqlı kukla eskizləri verib və hazırlayıb. Ə.Orucun “Zınqırovlu pişik” ,H.K.Andersenin “Düyməcik”  bu kimi yadda qalan maraqlı tamaşalardandır. Hazırladığı kuklalar bir çox Beynəlxalq  kukla teatrları festivallarında  çox uğurla nümayiş olunub. Ə.Orucun “Zınqırovlu pişik”  “ 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalı ” 2019-cu il Lənkəran, H.X.Andersenin “Düyməcik”, “7-ci Teatr Köyü“ 2019-cu il Amasiya Türkiyə bu kimi festivallardandır.