


Balaca və damda yaşayan Karlson
Balaca öz xəyal dünyasında dostluq etmək istədiyi bir xeyirxah sorağındadır. Bu, damda yaşayan Karlson olur. Onun Karlsonla dostluğuna kimsə inanmır. Anası, bacısı Betan onu xəyalpərvər sayırlar. Lakin nəticədə Karlson onların da gözünə görünür. Başa düşürlər ki, Balaca düzdanışan, kimsəni aldatmayan, xeyirli işlərlə məşğul olmağa çalışan bir uşaqdır.
Balaca və damda yaşayan Karlson — isveç uşaq yazıçısı Astrid Lindqrenin «Uşaq və Karlson» trilogiyasının birinci kitabıdır.
Hekayədə təsvir olunan hadisə 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində — Vazastanda , Ostermalm adlı bir məhəllədə kiçik bir evdə baş verir. Bu evdə hekayənin qəhrəmanları — Svanteson ailəsinin kiçik uşağı yeddi yaşlı Svante, böyük qardaşı, bacısı və ata, anası yaşayır. Hadisələr damda yaşayan Karlson və uşaq ətrafında cərəyan edir. Karlson çox mənzilli evin damında yaşayır
Tamaşanın premyerası 4 noyabr 2018-ci ildə olmuşdur.