Quruluşçu rejissor: Fərmail Paşayev (əməkdar artist )
Quruluşçu rəssam: Sara Məmmədova
Baş rolun ifaçısı: Nərmin Şərifova
Bu gözəl səhnə əsərinin bütün qəhrəmanları meyvə və tərəvəzlərdir. Cəsarətli, qorxmaz, qıvraq və ağıllı Çipollino eyni zamanda şən xasiyyətlidir. Meyvə və tərəvəzlərin nağıllar aləmində Çipollino qəddar şahzadə Limonun, zalım sinyor Pomidorun və lovğa Albalı qrafinyalarının hakimiyyətindən xilas olmaqda ölkə sakinlərinə yardım edir.
Tamaşanın premyerası 15 mart 2016-cı ildə olmuşdur.