


Müflisləşmiş Rüstəm bəy gənc, gözəl qızı Gülnaz xanımı qoca baqqal Məşədi İbada ərə verməklə, — Rza bəyin təbirincə desək – özünə «pul dağarcığı» əldə etmək istəyir.Gülnaz xanım isə gənc student Sərvəri sevir.
Üzeyir bəy bu fabulanın ətrafında Məşədi İbaddan pul qoparmaq istəyən o dövrün çox xarakterik tiplərini — Qoçu Əsgəri, intiligent Həsən bəyi, qəzetçi Rza bəyi, millətçi Həsənqulu bəyi, hambalı toplayaraq çox maraqlı sujet xətti qurub həm vəziyyət, həm də xarkterlər komediyası yaradır.Üzeyir Hacıbəyli «O olmasın, bu olsun» musiqili komediyasında da xalq oyun havalarından, milli muğamlarımızdan məharətlə qaynaqlanıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın premyerası 15 noyabr 2016-cı ildə olmuşdur.
Tamaşanın premyerası 25 aprel 2000-ci ildə olmuşdur.